“Rövşənin ruhu qarşısında dərin ehtiramla baş əyirik!”-MM-İN KOMİTƏ SƏDRİ

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Qaraxanlı kənd sakini, Vətən Müharibəsinin şəhidi Rövşən Aydın oğlu Vəlixanovun ailə üzvləri ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri ailənin qayğıları ilə maraqlanıb və öz ürək sözlərini bölüşüb.

O, deyib:

“İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid ailələri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Rövşənin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Rövşən Vəlixanov müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi quluqçusu idi. O, Murovdakı döyüşlərdə şəhid olub. Onun kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

Şəhidin ailəsinə Mədəniyyət komitəsi adından Məktub təqdim olunub.

Etikxeber.az

Read Previous

75 gün öncə işğaldan azad olunmuş Laçında-“GÜLƏBİRD” SES İSTİFADƏYƏ VERİLDİ – FOTOLAR

Read Next

“Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın…”- PREZİDENT – YENİLƏNİB -(2) – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir