Rövşən Əkbərov Milli Qəhrəman adından və general rütbəsindən niyə məhrum edilməyib?-BAŞ PROKURORDAN AÇIQLAMA GƏLDİ

Baş prokuror Kamran Əliyev məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum edilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun Milli Qəhrəman adından məhrum edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Etikxeber.az-ın xəbərinə görə, Kamran Əliyev bildirib ki, qanunun tələblərinə görə belə bir qərarın verilməsi mütləq deyil:

“Qanuna görə zəruri olan hallarda prokuror bununla bağlı məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma bu işdə məqsədəmüvafiq hesab edilməyib. Yəni, cinayət təqibini həyata keçirən prokurorluq və məhkəmə tərəfindən belə müraciət edilməyib. Ona görə də bununla bağlı qərar qəbul olunmayıb”.

Baş prokuror R. Əkbərovun general-leytenant rütbəsinin də eyni səbəbdən alınmadığını bildirib.

Qeyd edək ki, qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R. Əkbərovun zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min manat məbləğində vəsait ödəməsi barədə qərar qəbul olunub.

Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.

Pokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən aparılan istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Etikxeber.az

Read Previous

“Televiziyalarda olduğu kimi kinoda da işi sahiblərinə tapşırmadıqca, hamının başı sənətdə xırda piştaxtaları işlətməyə qarışacaq”-FAZİL MUSTAFADAN İRAD

Read Next

“Özüm Şəhid qardaşıyam, ittiham irəli sürərkən bilsinlər ki, kimi və nədə ittiham edirlər”-ÇİNGİZ ABDULLAYEVDƏN AÇIQLAMA GƏLDİ – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir