Ruben Vardanyan Ermənistana gedərkən Laçında saxlanılaraq-BAKIYA GƏTİRİLDİ – FOTO

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.

“Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib”, məlumatda deyilir.

Etikxeber.az

Read Previous

Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Zeynalov-BU GÜN ONUN ŞƏHİDLİK MƏQAMINA UCALDIĞI, SABAH İSƏ ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR… – FOTOLAR

Read Next

Bərdənin sonuncu – 19-20 sentyabr Şəhidlərindən olan-AZƏRBAYCAN ORDUSUNUN ƏSGƏRİ, CƏMİ 19 YAŞLI, SUBAY ŞAMXAL HƏMİDOV…ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 6 GÜN KEÇİR… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir