“Ruhun şad olsun Ulu Öndər, Suqovuşan azaddır!”-MƏLAHƏT İBRAHİMQIZI YAZDI

Deyirlər ki, həyatda təsadüf yoxdur, təfafüq var.

Daha doğrusu zərurətdən doğan təsadüflər var.

Bu mənada 3 oktyabr tarixini Azərbaycan xalqının, eləcə də dövlətçilik tariximizin yeni erasının başlanğıcı adlandırsaq yanılmarıq.

1993-cü ilin məlum may-iyun hadisələrində o zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün ölkəni ağır böhrana, torpaqlarımızın təcavüzkar Ermənistan tərəfindən işğalına gətirib çıxaran yarıtmaz siyasəti nəticəsində müdrik xalqımız yenicə müstəqilliyinə qovuşmuş gənc dövlətimizi xilas etmək üçün o dövrdə Naxçıvanda blokada şəraitində yaşayan ulu öndərimiz Heydər Əliyevi ölkəyə rəhbərlik etməyə dəvət etdi.

Ən yeni tariximizə Milli Qurtuluş günü kimi yazılan 15 iyun tarixi xalqlmızı nicata, yüksəlişə və tərəqqiyə apacaq eranın ilk müjdəsi oldu. Hər dəfə çıxışlarında “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” və ya “ mən də övladlarım da vətənimin, millətimin və dövlətimin yolunda qurban getməyə hazırıq” deməsi bu Dahi Şəxsiyyətin vətən sevgisindən qaynaqlanırdı. Əslində Ümummilli Liderimiz bütün həyatı boyu xalqı və dövləti yolunda necə fədakarlıqla xidmət etməyin örnəyi idi. Məhz 15 iyundan sonra ölkəmizdə keçirilən 3 oktyabr 1993-cü il prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsi və dəstəyi ilə O, Azərbaycan Respublikasına Prezident seçildi.

Onun “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamlarını düşündükcə heyranlıqla onun uzaqgörənliyinin, bu dahi və müdrik şəxsiyyətin sanki bugünkü günü gördüyü qənaətinə gəlirsən. Onun Qarabağ , Şuşa haqqında səsləndirdikləri, eləcə də ağır xəstə olduğu zamanlarda 2003-cü ilin sentyabr ayında xalqa ünvanladığı müraciətində möhtərəm Prezidentimiz cənab İlham Əliyev haqqında “…ona özüm qədər inanıram…” fikirləri bu günkü günümüzə olan şəksiz inamından və Vətəninə sonsuz məhəbbətindən irəli gəlirdi.

Ulu Öndərimiz çağdaş dəvlətimizin sağlam, güclü və sarsılmaz təməllər üzərində bünövrəsini qurmaqla çox inanırdı ki, onun həll edə bilmədiyi problemləri onun yeganə və alternativi olmayan siyasi varisi tərəfindən həyata keçiriləcək. O çox əmin idi ki, ölkəmizin və xalqımızın intibahı məhz İlham Əliyev dövründə olacaqdır. Elə də oldu. Bu mənada tariximizdə 3 oktyabr bir tərəfdən çağdaş müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə, xalqa rəhbərliyə gəlməsinin rəsmiləşdirildiyi gününü, onun misilsiz xidmətlərini qeyd ediriksə, digər tərəfdən isə keçən ilə Ali Baş Kamandanımızın əmri ilə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 27 sentyabrda başladığımız 44 günlük Vətən müharibəsi zamanı qəhrəman Milli Ordumuzun Suqovuşan azad etdiyi təntənəli gününü sonsuz sevinclə qeyd edirik.

Beləliklə də xüsusi olaraq, qeyd etmək lazımdır ki, Heydər Əliyevin başladığı siyasətinin bugün təkcə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tərəfindən zamanın tələb və çağırışına uzlaşdırılaraq həyata keçirilməsi adlandırmaq ədalətli olmazdı. İlham Əliyev bu siyasəti həm də özünün qorxmazlığı, qətiyyəti, cəsurluğu, dönməzliyi, prinsipiallığı, əcdadlarına, milli kimliyinə və tarixinə hədsiz bağlılıq xüsusiyyətləri ilə bu siyasəti daha da gücləndirdi və məölubedilməz etdi. Müzəffər Ali Baş Kamandanımız bir daha sübut etdi ki, bu siyasətin Azərbaycan xalqı və dövləti üçüm altetnativi yoxdur..,

Ötən dövr , xüsusən də möhtəşəm Zəfər qazandığımız 44 günlük Vətən müharibəsi də bir daha sübut etdi ki, bu siyasət əbədidir. Təkcə qazandığımız əzəmətli Qələbə bizlərə bir daha fəxrlə deməyə əsas verir ki, məhz bu siyasət erməni işğalçılarını məğlub etmədi, o həm də iki yüzdən çox müddət formalaşmış dünya erməniliyinin və onu dəstəkləyən bəzi imperialist güclərin və susqunluqla 30 il Azərbaycan xalqına dur deyən riyakar beynəlxalq təşkilatları məğlubiyyəti oldu.

Bugün xalqımızın Suqovuşan işğaldan azad edilməsini qeyd etməklə bərabər həm də minnət və şükranlıqla Ulu Öndərimizi də yad edir, əziz Şəhidlərimizlə bərabər Ulu Öndərimiz də ehtiramla yad edilir, onların ruhlarına Uca Allahdan rəhmət dilənir.

Eyni zamanda Suqovuşan işğaldan azad olunmasının bir illiyini qeyd edərkən Ulu Öndərimizin də Şəhidlərimizin də ruhu şaddır.

Bayramımız mübarək və əbədi olsun!

Məlahət İBRAHİMQIZI,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha 712 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Read Next

Cəbrayılsızlığa son qoyan tarix-4 oktyabr – BİR İL KEÇİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir