Rumıniyada seçkilər baş tutdu: Sosial-demokratlar qalib gəldi – YENİLƏNİB

Rumıniyada parlament seçkiləri keçirilir. İkipalatalı parlamentə 466 deputat seçiləcək.

Etikxeber.az xəbər verir ki, parlament seçkilərində ilk dəfədir ki, poçt vasitəsilə də səs vermək olar. Seçki məntəqələrində asayişi 2500 polis əməkdaşı təmin edir.

Rumıniyanın nüfuzlu “Avangarde” sosial araşdırma agentliyinin məlumatına əsasən, Sosial-Demokrat (PSD) Partiyası 43 faiz səs toplaya bilər. Agentliyin araşdırmasına görə, Milli Liberal Partiyası (PNL) 27 faiz, Rumıniyanı Qoru Birliyi (USR) 8 faiz səs qazanacaq. Eyni zamanda, parlamentə Liberal və Demokratların Alyansı (ALDE) Partiyasının, sabiq prezident Trayan Baseskunun rəhbərlik etdiyi Xalq Hərəkatı (PMP) Partiyasının və Rumıniya Macarların Demokratik Birliyi (UDMR) Partiyasının nümayəndələri 5-8 faiz səs toplayaraq daxil ola bilərlər.

Rumıniyada siyasi partiyaların rəhbərləri arasında Sosial-Demokrat Partiyasının lideri Liviu Draqnea, Liberal və Demokratlar Alyansı Partiyasının rəhbəri Kalin Popesku Tariçanu, Milli Liberal Partiyasının lideri Alina Qorqiu və Xalq Hərəkatı Partiyasının rəhbəri, sabiq prezident Trayan Basesku daha çox populyardırlar.

Seçkilərin nəticələri Rumıniya vaxtı ilə saat 21:00-dan sonra məlum olacaq.

***

Rumıniyanın nüfuzlu “Avangarde” sosial araşdırma agentliyinin məlumatına əsasən, Rumıniyanın iki palatalı parlamentinə dekabrın 11-də keçirilən seçkilərdə Rumıniya Senatına Sosial-Demokrat (PSD) Partiyası 45,2 faiz, Milli Liberal Partiyası (PNL) 21,8 faiz, Rumıniyanı Qoru Birliyi (USR) 8,9 faiz, Liberal və Demokratların Alyansı (ALDE) Partiyası 6,5 faiz, Xalq Hərəkatı (PMP) Partiyası 6 faiz, Rumıniya Macarların Demokratik Birliyi (UDMR) Partiyası 6 faiz səs toplayıb.

Deputatlar Palatasına isə Sosial-Demokrat (PSD) Partiyası 45,5 faiz, Milli Liberal Partiyası (PNL) 21,7 faiz, Rumıniyanı Qoru Birliyi (USR) isə 8,5 faiz, Liberal və Demokratların Alyansı (ALDE), Xalq Hərəkatı (PMP) və Rumıniya Macarların Demokratik Birliyi (UDMR) partiyaları hərəsi 6 faiz səs qazanıb.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub

Read Next

Sabiq nazir baş nazirliyə yüksəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir