Runi Çindən gələn təklifləri rədd etdi

“Mançester Yunayted”in futbolçusu Ueyn Runi Çin klublarından aldığı cəlbedici təklifləri rədd edib.

Etikxeber.az xəbər verir ki, İngiltərə millisinin üzvü ona ilinə 32 milyon funt sterlinq təklif edən kluba keçməkdən imtina edib. Daha əvvəl isə Runinin Çinə gedəcəyi haqda xəbərlər yayılmışdı.

Otuz bir yaşlı hücumçu Çinin “Quançjou Everqrand” və “Beyçzin Qoan” klubları ilə danışıq aparıb. Çində transfer pəncərəsi fevralın 28-də açılacaq.

Runinin “Mançester Yunayted”lə 2018-ci ilin yayınadək müqaviləsi var.

Etikxeber.az

Read Previous

Əhalinin təmiz su ilə təminatının yaxşılaşdırılmasına 16 milyon manat ayrıldı

Read Next

“Bakı-2017″də mübarizə aparacaq Azərbaycanın U-23 yığmasının baş məşqçisi müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir