Rusiya-Azərbaycan münasibətlərinin çox qədim kökləri var və … – DEPUTAT

İlham Əliyevin Rusiyaya səfəri ikitərəfli münasibətlərdə yeni keyfiyyət mərhələsi yaradacaq 

Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyəti bütövlükdə regionun geostrateji müvazinətini formalaşdıran münasibətlərdir. Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edən və ölkələrimizin maraqları baxımından zərurət kimi çıxış edən münasibətlərdir. Ona görə də Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri ikitərəfli münasibətlərdə yeni keyfiyyət mərhələsi yaradacaq.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

PUTİN-İLYA

O, qeyd edib ki, hazırda Rusiya Federasiyasının da daxil olduğu geniş mənada regionumuzda çox mühüm tarixi hadisələr baş verir.

Onun sözlərinə görə, bu, dövlətlərin milli maraqlarının və təhlükəsizliyinin təmin olunması üçün yeni şərtlər irəli sürür.

“Belə mərhələdə qonşu, dost və srateji müttəfiq ölkələrin prezidentlərinin görüşü həm yeni iqtisadi şərtlərin, həm də yeni siyasi-humanitar şərtlərin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, son dövrlərdə müsəlman şərqində baş verən hadisələrdə yeni hərbi siyasi tendensiyalar müşahidə olunur və bunlar daha da aqressivləşməkdədir o zaman münasibətlərin hazırkı mərhələdə bir daha nə qədər aktual olduğu ortaya çıxır. Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir.

hikmet-babaoqlu

Çünki Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyəti bütövlükdə regionun geostrateji müvazinətini formalaşdıran münasibətlərdir. Əgər biz bir qədər daha geniş konteksdə nəzər yetirsək görəcəyik ki, Rusiya-Azərbaycan münasibətləri üçtərəfli və dördtərəfli formatlarda da əhəmiyyət kəsb edir. Həm ikitərəfli görüş həm də yeni çoxtərəfli görüşlər üçün zəmin yaradır. Bu, Rusiya-Türkiyə-Azərbaycan münasibətləri, Rusiya-Azərbaycan-İran münasibətləri kimi xarakterizə etdiyimiz üçtərəfli diplomatik müstəvilər içində yeni tərəfdaşlıq imkanları yaradır. Heç şübhəsiz ki, bu münasibətlərdə bizim üçün hər şeydən öncə ilk növbədə Azərbaycanın maraqları mühümdür. Rusiya-Azərbaycan münasibətlərinin çox qədim kökləri var.

Hazırda Rusiya-Azerbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Bu iki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya qoyan ölkədir. Azərbaycan Rusiya Federasiyasına 1 milyarddan çox sərmayə qoyub. Rusiya Federasiyasının Azərbaycandakı yatırımı təqribən 4 milyard, ticarət dövriyyəmiz isə 3 milyarddır. Soçi görüşündə bütün bu məsələlər müzakirə olunacaq. Rusiya hazırda iqtisadi münasibətlərdə Azərbaycanın ən böyük qeyri-neft sektoru məhsullarının ixrac etdiyi ölkədir. Buna görə də regionun qarşılıqlı şəkildə çox böyük inteqrasiya potensialı var və bu, qarşılıqlı maraqlara cavab verir. Görüşdə iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, birgə müəssisələrin yaradılması, Rusiya Federasiyası regionları və Azərbaycan arasında olan münasibətlərin daha da inkişaf etdirilməsi, o cümlədən Xəzərin yurisdiksiyasını tənzimləyən yeni konvensiya imzalandıqdan sonra yeni statusda Xəzərin iqtisadi potensialının,yeni kommunikasiya vasitələrinin və karbohidrogen ehtiyatlarının istismarının yendən qiymətləndirməsi kimi məsələlər müzakirə olunacaq.

Bundan başqa biz bilirik ki , bütün görüşlərdə mütləq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli məsələsi Rusiya-Azərbaycan münasibətlərində prioritet təşkil edir. Bu problemin həlli ilə bağlı dövlət başçıları arasında müzakirələrin aparılması gözlənilir. Bütövlükdə, bu səfər olduqca mühüm əhəmiyyət kəsb edir. Regionumuz və qonşu strateji müttəfiq olduğumuz digər ölkələrin mənafeyi və yeni əməkdaşlığın yaranması imkanları baxımından da bu səfər olduqca əhəmiyyətli bir səfərdir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Deputata və oğluna şər atanlar 90 min cərimələndi – MƏHKƏMƏ QƏRARI

Read Next

“Qarabağ”ın rəqibləri məlum oldu – PÜŞKATMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir