Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır – MİLLƏT VƏKİLİ

Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edir. Hazırda Rusiya Federasiyasının da daxil olduğu geniş mənada regionumuzda çox mühüm tarixi hadisələr baş verir. Belə mərhələdə qonşu, dost və strateji müttəfiq ölkələrin prezidentlərinin görüşü həm yeni iqtisadi, həm də yeni siyasi-humanitar şərtlərin formalaşması baxımından əhəmiyyətlidir. Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm təmaslar dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir. Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir.

soci-ilya-1

hikmet-babaoqlu

Etikxeber.az xəbər verir ki, bu fikirləri  mətbuata açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Millət vəkili qeyd edib ki, Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Rusiya Azərbaycanın ciddi problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxından iştirak edir.

Onun sözlərinə görə, bununla yanaşı, Ermənistan-Azərbaycan probleminin həlli məsələsi Rusiya-Azərbaycan münasibətlərində prioritet təşkil edir və Soçidə bu problemin həlli ilə bağlı da dövlət başçıları arasında müzakirələr aparılıb.

Deputat deyib ki, dövlət başçılarının Soçi görüşünə daha geniş kontekstdən nəzər yetirsək görərik ki, Rusiya-Azərbaycan münasibətləri üçtərəfli və dördtərəfli formatlarda da əhəmiyyət kəsb edir.

Həmçinin, Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrə toxunan H.Babaoğlu bildirib ki, Soçidə iqtisadi əməkdaşlığa dair imzalanan sənədlər ölkələrimiz arasında əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək:

“Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır. Azərbaycan Prezidentinin mətbuata bəyanatında qeyd etdiyi kimi, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin çox böyük potensialı var”.

Millət vəkilinin dediyinə görə, Soçi görüşlərində deyildiyi kimi, Rusiya ilə Azərbaycanın birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək:

“Bununla ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb”.

H. Babaoğlu sonda qeyd edib ki, söylənən bu fikirlərin fonunda yalnız bir məqam durur:

“Rusiya ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır”.

Etikxeber.az

Read Previous

“Bunu Rusiyadan ummağa, gözləməyə haqqımız var, çünki…” – ELDAR İBRAHİMOV ƏLİYEV-PUTİN GÖRÜŞÜNÜ VƏ GÖRÜŞÜN NƏTİCƏLƏRİNİ TARİXİ-SİYASİ HADİSƏ ADLANDIRDI

Read Next

İlham Əliyev Qırğız respublikasına səfərə gəldi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir