“Rusiya ilə Bakı, Varşava, Budapeşt və İstanbulda danışıqlara hazırıq”-ZELENSKİ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Bakı, Varşava, Budapeşt və İstanbulda danışıqlara hazır olduğunu bildirib.

Etikxeber.az-ın məlumatına görə, V. Zelenski deyib ki, Ukrayna və Rusiya arasında danışıqlar Belarusda, Minskdə ola bilməz.

 Ukrayna lideri bunu Ukraynaya qarşı hərbi əməliyyatlarda Belarus ərazisindən də istifadə olunması ilə izah edib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıq üçün Belarusa gedib.

Nümayəndə heyətinə Rusiya Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Prezident Administrasiyası və digər qurumların nümayəndələri daxildir.

Etikxeber.az

Read Previous

Xarkovda azərbaycanlı tələbə-ÖLDÜRÜLDÜ…

Read Next

“Bizə qarşı soyqırımı həyata keçirilir…Bu, mərhəmətsizlikdir…”-ZELENSKİ SON MÜRACİƏTİNDƏ BELORUS XALQINA DA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir