Rusiya ilə turizm sahəsində növbəti 3 il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur.

Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün növbəti 3 il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur.

Etikxeber.az  xəbər verir ki, bu barədə  İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Azərbaycandan Rusiyanın müxtəlif şəhərlərinə həftədə 100-dən çox birbaşa aviareys həyata keçirilir. 2018-ci ildən Moskva şəhərində Azərbaycan Turizm Bürosunun nümayəndəliyi fəaliyyət göstərir. Turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında növbəti üç il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur. Görülən bu işlər nəticəsində Azərbaycan ilə Rusiya arasında turistlərin sayının daha da artacağı gözlənilir”– deyə, Ş.Mustafayev bildirib.

Etikxeber.az

Read Previous

Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi planlaşdırılır – DEKABRDA

Read Next

“Dağlıq Qarabağ xalqı”nın kim olduğunu bilmək istərdim…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir