“Rusiya imperiyasının süqutundan sonra…” – DEPUTAT

“Bu gün – 31 mart, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakıda və Azərbaycanın bir çox bölgələrində erməni-daşnak və bolşevik hərbi dəstələrinin azərbaycanlılara qarşı soyqırımın yaddaşı günüdür”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

O, deyib ki, Rusiya imperiyasının süqutundan sonra Azərbaycan xalqının öz tarixi torpaqlarında müstəqil dövlət qurmaq istəyindən qorxuya düşən qüvvələr xalqımıza qarşı silahlı qırğına başladılar:

“Qırığın Bakı ilə yanaşı, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə baş verdi.

Erməni millətçiləri rus ordusundan əllərində olan silahlarla on minləlrə dinc insanı qətlə yetirdilər, əhalini məscidlərə dolduraraq onlara od vurdular.

31 mart

Azərbaycan xalqının milli dövlətçiliyinin olmaması qırğının qarşısının alınmasına imkan vermədi.

Ermənistan Respublikasının (1918) birinci baş naziri Ovanes Kaşaznuni Daşnakların fəaliyyətini erməni dövləti yaradılması üçün siyasi planları ilə əlaqələndirirdi.

ABŞ tarixçisi Maykl Smitin qənaətinə görə isə sovet tarix elmi mart hadisələrinin saxtalaşdırılmasına çalışırdı.

Sovet dövründə mart hadisələrində həlak olanların dəfn edildiyi “Dağüstü” qəbiristanlığının yerində park salınmışdı.

1990-cı il 20 yanvar hadisəsəindən sonra orada salınan memorial kompleksinin yerində tapılan üç mart qırığını qurbanının qəbri bərpa edildi və qəbirdaşlarının üstündə “1918-ci il şəhidi” sözləri yazıldı.

Müasir dövrdə mart qırğınlarının ilk siyasi qiymət 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən verilmiş və onun sərəncamı ilə 31 mart “azərbaycanlıların soyqırım günü” elan edildi”.

Etikxeber.az

Read Previous

“Məqsəd də məhz Üzeyir bəyi öldürmək olub…” – ƏMƏKDAR JURNALİST

Read Next

“Xarici yardım almadan Ermənistan torpaqları işğal altında saxlaya bilməz…” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir