“Rusiya, İranla yanaşı bir sıra NATO dövlətlərinin hərbiçiləri Suriyada at oynadırlar…” – MİLLƏT VƏKİLİ

Türkiyənin “Barış pınarı” əməliyyatına verilən reaksiyalar necə bir dünyada yaşadığımızı bütün çılpaqlığıyla ortaya qoyur. Qardaş ölkənin NATO-dakı “müttəfiqləri” guya dinc adamların kütləvi qırğınına yol açdığı və kürdləri hədəfə aldığı üçün bu əməliyyata qarşı çıxırlar. Amma özlərinin koalisiya qüvvələri elə həmən Suriyada kimin nə məqsədlə yaratdığı heç kəsə sirr olmayan İŞİD-də havadan zərbə eindirmək adı altında onlarla yaşayış qəsəbəsinin altını üstünə çevirib minlərlə dinc adamı qətlə yetirəndə nədənsə bu haqda düşünmürdülər. Və bu gün də Rusiya, İranla yanaşı bir sıra NATO dövlətlərinin hərbiçiləri Suriyada at oynadırlar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Sahib Alıyev deyib.

“Demək, onları dinc əhalinin qırılması qətiyyən narahat etmir. Narahat edən Türkiyənin onun torpaq bütünlüyünü və gələcəyini təhdid edən ünsürləri zərərsizləşdirmək iradəsini ortaya qoymasıdır. Bilmirəm, bilirsiniz ya yox, Türkiyənin indi əməliyyat apardığı torpaqlarda Suriyada xaos başlananadək yaşayanların az qala 90%-i sünni ərəblər idi”-deyən millət vəkilinin sözlərinə görə, bu əməliyyat yenidən dərhal ərəblərin öz evlərinə qayıtmasına və hələ də orada yaşayanların azad nəfəs almalarına yol açır.

baris-pinari-aa1_9612522_16_9_1570440638

“Amma Ərəb Ölkələri Liqası nə edir, təşəkkür əvəzinə Türkiyəyə qarşı hədələr səsləndirir. Nəyə görə? Ona görə ki, Puşkin deyənlərdəndirlər və həmin ölkələrin siyasi “elita”sının bağlı olduğu çevrələr onlardan bunu tələb edib.

Bizim “5-ci kolon”dakı vay-şüvənçilərdən bəzilərinin statuslarını oxuyanlar var yəqin ki. Onlar da Türkiyənın bu addımnı pisləyir, və Ərdoğanın guya ailə hakimiyyətini gücləndirmək üçün buna getdiyini deyirlər.

Niyə deyirlər? Çünki ərəb “elita”sının bağlı olduqları çevrələrə bağlıdırlar və bununla onlara yarınmaq istəyirlər.

Və nəhayət haylar. Sosial şəbəkələrinə diqqət yetirəndə görürsən ki, Türkiyənin hərəkətə keçməsindən ən çox narahat olanlardan da biri onlardır. Bilirsiniz bir çoxları nə yazırlar? Yazırlar ki, güvəndiyimiz Rusiya və İran azacıq narazılıq bildirməklə “Barış pınarı”na seyrçi qaldılarsa, Qərbin reaksiyası donquldanmaqdan o yana getmirsə, demək, bir gün Azərbaycanla Türkiyə Qarabağda da eyni addımları ata bilərlər.

Ermənistanın baş naziri Nikol Paşinyanın bu əməliyyata başlanandan dərhal sonra hökumətin qapalı toplantısını keçirməsi də göstərir ki, türk ordusunun Suriyada hərəkətə keçməsi hayları möhkəm əndişəyə salıb. Suriyadakı terror qruplaşmasını dəstəklədiklər üçün deyil, gələcəkdə özlərinin də eyni vəziyyətlə qarşılaşa biləcəklərini duyduqları üçün…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Prezident ailə üzvləri ilə birlikdə – ŞAMAXIDA -FOTOLAR

Read Next

“Suriyanın 42 kəndi olmaqla,109 kilometr ərazisi terrorçulardan azad edilib” – ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir