“Rusiya mediasında Azərbaycana qarşı düşmənçilik dalğası baş qaldırıb ki…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ – YENİLƏNİB

Ulu öndər Azərbaycan-Rusiya münasibətlərinin düşmənçilik səviyyəsinə çatmasının qarşısını aldı. Son zamanlar Rusiya mediasında Azərbaycana qarşı düşmənçilik dalğası baş qaldırıb.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin komitə sədrinin müavini Sahib Alıyev deyib.

S. Alıyev bildirib ki, azərbaycanlı gəncin başından güllələnməsi hadisəsi fərqli yerlərə çəkilir.

“Vladimir Jirinovski bu cinayətlə barışmaq istəməyən azərbaycanlıları Rusiyadan çıxıb getməyə səsləyir. Etnik cinayətkar ünsürlərdən danışarkən yaxşı olar ki, diqqətlər Soçiyə yönəldilsin. Soçidə hayların törətdiyi cinayətə baxsınlar. Hay terrorundan ən çox əziyyət çəkənlərdən biri də Rusiyadır. Moskva qatarında baş verən terror aktını, Çeçenistan qatarının partladılması hadisələrini xatırlamaq yetər. Bu cür “stəkanda fırtına” siyasətinə yetər deyilməlidir”-deyə, o, sözlərinə əlavə edib.

11:36

***

Çıxışın-TAM MƏTNİ:

“Xanım sədr,  Siz Ulu Öndər Heydər Əliyevin  xlaskarlıq missiyasından danışdınız və çox doğru olaraq qeyd etdiniz ki, o, uçurumun bir addımlığında duran dövlətimizi ora yuvarlanmaqdan,  ölkəmizi parçalanmaqdan, xalqımızı anarxaiya və xaosun cəngindən qurtardı.

Eyni zamanda Azərbaycan-Rusiya əlaqələrinin düşmənçlik səviyyəsinə enməsinin qarşısnı da məhz o aldı. Niyə mən bu məsələyə toxunuram? Bir  azərbaycanlı gəncin Novosibrskdə vəhşicəsinə qətlə yetirilməsindən sonra son günlər Rusiya mediasında antiAzərbaycan dalğasının baş qaldırdığını görməmək mümkün deyil.  

 Bu dalğanı obrazlı desək, hansı rüzgarların qaldırdığı bəllidir. Amma dəllillər ortada ola-ola o gənci qətlə yetirən polisə haqq qazandırmağa çalıçan, azadlığa çıxmasını təmin edən bastrıkinlər və onaların mediadakı əlaltıları bilməlidirlər ki, təkcə qanunları ayaq altında salıb tapdamırlar, bu ksenofob yanaşmayla  həm də Azərbaycan-Rusiya əlaqələrinə zərbə vururlar. O əlaqələrə ki, məhz cənab İlham Əliyevlə Vladimir Putinin  səyləri nəticəsində az qala strateji müttəfiqliyin bir addımlığınadək irəlilədilib.

Yeri gəlmişkən, kim də olmasa deputat Vladimir Jirinovski gözəl bilir ki, bu ələqələrin daha da dərinləşməsi  təkcə Azərbaycanın deyil, onun ölkəsini də maraqlarına  uyğundur və bəlkə də, daha çox uyğundur.

Ona görə də  şovinsit “qanun keşikçi”lərinin cinayətlərinə göz yummaq istəmyən azərbaycanlılara çağırış edərək ““Xoşunuz gəlmirsə, Rusiyadan gedə bilərsiniz”  deyərəkən  nəzərə almalıdır ki, hazırda Azərbaycanda hələ mandatları təsdiqlənməyən  nə qədər rusiyalı var. Üstəlik Rusiyadakı azərbaycanlıların çoxu artıq onun kimi həmən ölkənin vətəndaşlarıdır, bir hissəsi isə Jirinovskidən fərqli olaraq orada gəlmə deyillər,  Dərbənddəkilər kimi öz torpaqlarında  yaşayırlar, avtoxtondurlar.

Və əgər Jiriniovskin, eləcə də digərlərini Rusiyadakı etnik cinayətkar qruplar narahat edirsə, onda öz diqqətlərini Soçiyə yönəltsələr pis olmaz. O Soçiyə ki, orada  hay cinayətkar ünsürləri at oynadırlar və dünən bir təmsiçiləri  vəzifə başında olan iki icra məmurunu qətlə yetirdi.  Eyni zamanda diqqətlərini ona yönəltsinlər ki,  paytaxt Moskvanın mərkəzində, Rusiyanın Dövlət Müstəqilliyi Günündə beynəlxalq terrorçu Monte Melkonyana anım törəni keçirilir. Və o törəni bastrıkinlərlin çox sıcaq yanaşdıqları Rusiya Hayları Birliyinin rəhbəri Ara Abramyan təşkil edir.

Terrordan özü də əziyyət çəkən, o üzdən də ona qarşı ən sərt qanunvericilik bazası olan bir ölkədə  terrorçunun fetişləşdirlməsinə yönəlmiş bu hərəkətə niyə göz yumulur sualını ritorik təsir bağışlayacağından səsləndirmək istəmirəm. Çünki həmən ölkənin  rəsmi təmsilçilərinin, o sıradan yüksək rütbəli hərbçilərinin  faşist Qaregin Njdeyə yanaşmada da oxşar mövqe sərgiləndiklərini göstərən faktlar var. Sadəcə onu soruşmaq istərdim ki, görəsən bastrıkinlər və jrinovskilər 1977-ci ildə Moska metrosunu və 1993-cü ildə Ruisiya ərazisində sərnişin qatarını kimlərin partlatdığını  unutmayıblar ki. Və hay terrorçusunun fetişləşdirilməsinin onları növbəti terrora həvəsləndirdiyinin fərqindədirlərmi?!”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in komitə sədri millət vəkillərini, özəl şirkətləri, dövlət qurumlarını-“MƏŞĞULLUQ MARAFONU”NA QOŞULAMAĞA ÇAĞIRDI…

Read Next

“Artıq 800-dən çox qazimizin əlillik şəhadətnaməsi müəyyənləşdirilib…”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir