Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya Müdafiə Nazirliyi Rusiya və ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəislərinin sabah Bakıda keçirəcəkləri görüş barədə məlumat yayıb.
Etikxeber.az bildirir ki, Rusiya MN-nin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, fevralın 16-da Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla görüşü planlaşdırılır.
“Razılaşdırılmış gündəlikdə duran məsələlərə Rusiya və ABŞ arasında hərbi qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti və perspektivləri, eləcə də tərəflərin hərbi fəaliyyəti ilə bağlı insidentlərin qarşısının alınmasının müzakirəsi daxildir. Bundan əlavə, dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsində vəziyyət barədə fikir mübadiləsinin aparılacaq”- deyə, məlumatda bildirilib.
Etikxeber.az