Rusiya ordusu Zaporojye AES-i vurdu, yanğın baş verdi-ZELENSKİ AVROPA LİDERLƏRİNƏ, BAYDEN RUSİYAYA SƏSLƏNDİ – YANĞIN SÖNDÜRÜLDÜ, BAEA BƏYANAT YAYDI – YENİLƏNİB – (1)

İşğalçı Rusiya ordusu Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) hücum edib, yanğın baş verib.

Etikxeber.az-ın xəbərinə görə, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə müraciət edib.

Müraciət dövlət başçısının Teleqram kanalında yerləşdirilib.

“Avropalılar, yuxudan ayılın. Avropanın ən böyük AES-i yanır. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”– deyə, Ukrayna lideri bildirib.

Zelenski hadisə ilə əlaqədar Şarl Mişel, Olaf Şolts, Anjey Duda, Boris Conson AEBA-nın rəhbəri Rafael Qrossi ilə əlaqə saxlayıb.

Eyni zamanda, ABŞ Prezidenti Co Bayen Rusiyanın bu təhlükəli addımını kəskin şəkildə pisləyib, Ukraynaya hücumları təcili şəkildə dayandırmağı tələb edib.

Baş vermiş hadisə-hücum ilə bağlı Rusiya tərəfi hələlik heç bir açıqlama verməyib.

07:19

***

Ukraynada Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb.

 Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib.

Qeyd olunub ki, Enerqodar şəhərindəki yanğın saat 06.20-də (08.20 Bakı vaxtı) söndürülüb.

Ölən və xəsarət alan yoxdur.

08:52

***

“Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyətdən çox narahatam”.

Bu barədə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi açıqlama verib.

O, Rusiya və Ukraynanı AES-ləri təhlükə altına qoya biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

“Ukraynanın Baş naziri Denis Şmıqalla telefon əlaqəsi saxladım. Beynəlxalq Atom Enerjisi Agentliyi öz monitorinqini davam etdirir və Ukraynanın nüvə tənzimləyicisi və operatoru ilə sıx təmasdadır. Mən tərəflərə müraciət edirəm, AES-ləri təhlükə altına qoya biləcək hərəkətlərdən çəkinsinlər”– deyə, Qrossi qeyd edib.

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, subay, Gizir, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı-ELVİN CƏFƏRZADƏNİN ŞƏHİDLİK HAQQI TANINACAQMI? – FOTOLAR

Read Next

“Hamısı qurma işlərdir: Məni bu işə bağlamaq vicdansızlıqdır”-ZİYAD SƏMƏDZADƏDƏN HAQQINDAKI İDDİALARA KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir