“Rusiya öz qazını bizə satmağa məcbur deyil…”-COZEF BORRELL

Avropa İttifaqı (Aİ) gələcəkdə Rusiya qazını almağı dayandıracaq.

Etikxeber.az  xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell deyib.

“Biz Rusiyadan enerji asılılığını azaltmaq barədə qərar qəbul etmişik. İlk növbədə kömür sonra isə neft. Birmüddətdən sonra isə qaz alışı dayanacaq”– deyən Aİ diplomatiyasının rəhbəri bildirib ki, bütün bunlardan imtina etmək üçün prosesə uyğunlaşmaq lazımdır.

“Rusiya Federasiyası öz qazını satmaq istəyir. Lakin onu bizə satmağa məcbur deyil”– deyə, Borrell bildirib.

Borrel lAvropa ölkələrini könüllü olaraq enerjiyə qənaət etməyə çağırıb. Borelin sözlərinə görə, bununla da İttifaq bunu məcburi şəkildə etmək məcburiyyətində qalmayacaq.

Aİ diplomatiyasının rəhbəri bildirib ki, artıq Rusiya qazına qənaət edilməyə başlanıb.

O, “Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatı başlayanda Rusiya qazının idxalı ümumi Avropanın 40%-ni təşkil edirdisə, indi bu, 20%-ə yaxınlaşır”-deyə, əlavə edib.

Etikxeber.az

Read Previous

“Neftçi” UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə-YÜKSƏLDİ VƏ RƏQİBİ MƏLUM OLDU – YENİLƏNİB

Read Next

Külək əsəcək, yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir