Rusiya prezidenti Lavrova görə-BENNETDƏN ÜZR İSTƏDİ

İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Etikxeber.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.

“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib. Baş nazir yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”-deyə, mılumatda bildirilib.

Bundan əlavə, Naftali Bennet İsrail Dövlətinin 74-cü Müstəqillik Günü münasibətilə təbrikə görə Vladimir Putinə təşəkkür edib.

Liderlər, həmçinin 9 May Qələbə günün hər iki ölkənin xalqları üçün xüsusi əhəmiyyətini qeyd ediblər.

Etikxeber.az

Read Previous

Bərdəli Şəhidlər Elyaz Qarayev, Asim Cəfərli, İlkin Süleymanov, Murad Musayev və Asif Abışovla bağlı-ZABİTLƏR EVİNDƏ ANIM TƏDBİRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha bir ölkə Rusiya qazına görə rublla ödənişdən-İMTİNA ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir