Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin xarici siyasət konsepsiyasının təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Etikxeber.az xəbər verir ki, konsepsiyaya Rusiyanın postsovet məkanında münaqişələrin siyasi-diplomatik yolla həllinə tərəfdar olması barədə bənd daxil edilib.
Rusiyanın hüquqi informasiya portalında yerləşdirilən sənəddə bildirilir ki, rəsmi Moskva Dağlıq Qarabağ probleminin mövcud çoxtərəfli danışıqlar mexanizmi çərçivəsində, ATƏT-in Minsk qrupunun sədri olan digər ölkələrlə qarşılıqlı fəaliyyət, habelə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında nəzərdə tutulmuş prinsiplər əsasında həllinə səy göstərir.
Etikxeber.az