“Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq”-ƏRDOĞANDAN VACİB AÇIQLAMA

Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət mexanizmi ilə bağlı sualı cavablandırarkən bildirib.

Türkiyə Prezidenti deyib ki, hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb:

“Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət gəlir, burada da danışıqlar aparılacaq”.

Qeyd edək ki, bu gün Türkiyə ilə Rusiya arasında Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalanıb.

Bu barədə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) parlamentdəki qrup toplantısında bildirib.

Ərdoğan deyib ki, bu gün səhər saatlarında imzalanan müqavilədə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Mərkəzinin yaradılmasının detalları müəyyənləşib.

“Türkiyə atəşkəs razılaşmasının həyata keçirilməsini müşahidə etmək və prosesə nəzarət etmək üçün bölgədə yaradılacaq sülhməramlı missiyada Rusiya ilə birlikdə rol alacaq.

Mərkəz Azərbaycanın işğaldan azad edilən ərazilərində qurulacaq. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısının alınması üçün bütün tədbirləri mərkəz görəcək”.

Etikxeber.az

Read Previous

Daha 1202 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Read Next

“Azərbaycanın beynəlxalq hüquqa tam uyğun şəkildə, beynəlxalq sərhədləri çərçivəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi və bir milyondan çox azərbaycanlının insan hüquqlarının bərpa olunması istiqamətində legitim səyləri Fransanı narahat etməməlidir”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir