Rusiya səfirinin qətli ilə bağlı beş nəfər həbs edildi

Türkiyə polisi Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə bağlı təhqiqat çərçivəsində beş nəfəri həbs edib.

Etikxeber.az xəbər verir ki, bu barədə Anadolu agentliyi İzmir şəhər prokurorluğuna istinadla məlumat yayıb. Bildirilir ki, həbs edilənlərin dördü səfiri qətlə yetirən Mövlut Altıntaşla birgə daxili işlər orqanlarında çalışmış şəxslərdir. Beşinci şəxs isə FETÖ təşkilatının fəalıdır. O, Altıntaşın təhsil aldığı İzmirdəki polis məktəbində bu təşkilatın tərəfdarı olan kursantlarla iş aparırdı.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən güllə ilə vurulmuşdu. Səfirə atəş açan polis işçisi Mövlut Altıntaş isə yerli təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerində öldürülmüşdü.

Etikxeber.az

Read Previous

“Leyli və Məcnun” yeni versiyada amerikalılara təqdim olundu- FOTO

Read Next

Ədliyyə Nazirliyi Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı məlumat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir