Rüsiya səfirliyi qarşısında piket-KEÇİRİLDİ – FOTO

Aprelin 9-da Müsavat Partiyasının bir qrup fəalı Rusiyanın Azərbaycandakı səfirliyi qatşısında piket keçirib.

Partiyanın mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, aksiyada Şuşa şəhərinə “İsgəndər M ” raketlərinin atılmasına etiraz bildirilib və Rusiyadan buna görə izahat tələb edilib .

Səfiqliyin qarşısında aksiyanın qətnaməsi oxunub.

Sənəddə deyilir:

Şuşaya “İsgəndər M” raketlərinin atılmasına etiraz əlaməti olaraq Rusiyanın Azərbaycandakı səfirliyi önündə Müsavat Partiyasının təşkilatçılığı ilə keçirilən piketin

Q Ə T N A M Ə S İ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları işğaldan azad edilmiş Şuşa şəhəri ətrafında “İsgəndər” raketlərinin qalıqlarını aşkarlayıblar.

Həmin raket qalıqlarının Rusiyanın Ermənistana verdiyini rəsmən açıqladığı “İsgəndər-E” modifikasiyasına deyil, raket komplekslərinin daha uzaq mənzilli və nüvə başlığı daşıya bilən “İsgəndər-M” versiyasına aid olduğu ortaya çıxıb.

Bu versiya 500 kilometr mənzilə malik orta mənzilli raketlər sinfinə aiddir. Həmin raketlərin ixracı 1987-ci ildə ABŞ ilə SSRİ arasında imzalanan “Yaxın və orta mənzilli raketlərin məhv edilməsi”nə dair müqavilənin tələblərinə tamamilə ziddir.

ANAMA raketin identifikasiya nömrəsini və düşdüyü ərazinin coğrafi koordinatlarını da açıqlayıb. Bu identifikasiya nömrəsinin məhz Rusiyanın istifadəsində olan “İsgəndər-M” raket komplekslərinə aid olduğu həm Azərbaycanın, həm də Rusiyanın hərbi ekspertləri tərəfindən təsdiqlənib.

Biz, Rusiyanın Azərbaycandakı səfirliyi önündə keçirilən piketin iştirakçıları bu faktı Rusiyanın Qarabağ müharibəsində nəinki işğalçı Ermənistana hərbi-siyasi dəstək verdiyinin, hətta hərbi əməliyyatlara bilavasitə qoşularaq Azərbaycana nöqtə zərbələri endirdiyinin – hərbi aqressiyanın sübutu kimi qiymətləndirik.

Rusiya rəsmi dairələrindən Şuşaya “İsgəndər M” raketlərinin atılması ilə bağlı izahat verməsini tələb edirik.

Beynəlxalq birliyi, o cümlədən BMT və ATƏT-i Qarabağda və bütövlükdə regionda ənənəvi olaraq separatizmi dəstəkləyən Rusiyanın pozuculuq fəaliyyətinin dayandırmaq üçün təsirli tədbirlər görməyə, Rusiyanın 44 günlük Qarabağ müharibəsində qadağan olunmuş silahlarından Azərbaycana qarşı itifadə etməsinə siyasi-hüquqi qiymət verməyə çağırırıq.

Etikxeber.az

Read Previous

Prezident Tibb Universitetinin əməkdaşları ilə bağlı bir neçə-SƏRƏNCAM İMZALADI – YENİLƏNİB – (1)

Read Next

“Beynəlxalq təşkilatlar öz mövqelərini ortaya qoymalı, Ermənistana lazımi təsir göstərməlidirlər…”-TAHİR RZAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir