“Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməlilyik”-FAZİL MUSTAFADAN TƏLƏB

Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik.

Xankəndində parad keçirmək onlarının tərəfsizliyi pozması aktıdır və bu, bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq.

Burada atacağımız ən real addım 8 may tarixində Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirməkdir.

Bu tarix Şuşanın ermənilər tərəfindən işğalı günüdür və keçirilən parad işğala son qoyulmasının bir nümayişi olacaqdır.

Bunun tarixi anologiyası da var.

Bilindiyi kimi, 1918-ci ilin oktyabr ayının 2-də Albay Cahid bəyin komandanlığı altında Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə məhz Şuşada erməni faşizmi üzərində qazanılan qələbəni qeyd etmək üçün möhtəşəm bir parad keçirmişdir.

Təcili Türkiyə ilə bu tədbirin hazırlıq planını tərtib etməliyik.

Onsuz da Ramazan ayından sonra Türkiyə prezidenti cənab Ərdoğanın azərbaycan prezidenti ilə birlikdə Şuşaya səfəri gerçəkləşəcək və bu səfər zamanı da belə bir paradın keçirilməsi varianıtnı da düşünmək olar.

Bütün hallarda Rusiya sülhməramlılarının bölgədə öz funksiyasından uzaqlaşmasına qarşı rəsmi etirazımızı bildirməlilyik.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Oğlumun qismətində Şəhidlik, bizim də qismətimizdə Şəhid valideyni olmaq varmış…”-ŞƏHİD RUSLAN BALADOVUN ATASI – FOTOLAR

Read Next

Növbəti açılışlar, növbəti uğurlar-PREZİDENTİN NÖVBƏTİ MESAJ VƏ XƏBƏRDARLIQLARI… – ELDAR İBRAHİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir