Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində toqquşma olmayıb-MÜDAFİƏ NAZİRLİYİ

Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Azərbaycan Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən məlumata görə, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

“Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir.

Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir”-deyə, məlumatda sonra qeyd olunub.

Etikxeber.az

Read Previous

21 yeni yoluxma-2 ÖLÜM…

Read Next

Şəhid Elməddin Hüseynzadənin-24 YAŞI TAMAM OLDU, CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİMDƏ DUYĞULU, KÖVRƏK ANLAR YAŞANDI… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir