Rusiya XİN Ermənistanın Azərbaycan əsgərinin meyitini qaytarmamasına münasibət bildirdi

“Bu faciəvi insident Azərbaycanla Ermənistan arasında baş verib. Hesab edirik ki, iki ölkə özündə müdriklik, güc və diplomatik imkan tapıb, bu problemi həll etməlidir”.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova APA-nın Moskva müxbirinin “Ermənistan bütün çağırışlara məhəl qoymayaraq, ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən insident zamanı həlak olmuş Azərbaycan hərbçisinin cəsədini qaytarmır. Rusiya XİN-in buna münasibəti necədir” sualına cavabında deyib.

M. Zaxarova deyib ki, ölkələr bu çətin situasiyanı həll etməlidir. “Bu problemin açarı hər iki tərəfin əlindədir” – deyə, o, bildirib.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Etikxeber.az

Read Previous

USD/AZN rəsmi məzənnəsi 1,7867 manat səviyyəsində müəyyən olundu

Read Next

“Barselona”-nın sonuncu oyunu komandanın hücumçuları üçün əlamətdar oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir