Rusiyanın Zabaykalye diyarında sərnişin avtobusu aşıb.
Avtobusun aşması nəticəsində də ölənlər və yaralananlar var, artıq ölənlərin sayı 11 nəfərə çatıb.
Etikxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 3-ü uşaq olmaqla, 40-a yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ötən axşam “Baykal” federal avtomobil magistralının Petrovsk-Zabaykalsk rayonundan keçən hissəsində qeydə alınıb.
İçərisində 50-dən çox sərnişinin olduğu avtobus qəflətən idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.
Etikxeber.az