Rusiyada matəm elan olundu

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin Soçidə qəzaya uğraması ilə əlaqədar dekabrın 26-da ölkədə matəm elan olunacağını bildirib.

Etikxeber.az-ın məlumatına görə, prezident V.Putin Avrasiya İqtisadi Şurasının iclasında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa gəlib. “Rossiya 24” kanalına müsahibəsində V.Putin qəzanın ətraflı araşdırılacağını və hadisə nəticəsində ölənlərin ailələrinə yardım ediləcəyini bildirib.

Tədbirdə iştirak etmək üçün Sankt-Peterburqa gəlmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də faciə ilə əlaqədar Rusiya rəhbərliyinə və xalqına başsağlığı verib.

Etikxeber.az

Read Previous

AZAL futbol klubu 6 futbolçu ilə yollarını ayırdı

Read Next

Əliyev Putinə başsağlığı verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir