Rusiyada və Mərakeşdə dəhşətli yol qəzası: XEYLİ SAYDA ÖLƏN VƏ YARALANANLAR VAR – FOTOLAR

Mərakeşin şimalında yerləşən Tunate şəhəri yaxınlığında baş verən avtobus qəzası nəticəsində azı 4 nəfər ölüb, 42 nəfər yaralanıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yaralılar xəstəxanalara yerləşdirilib. Sürücü hadisə yerindən qaçıb. Polis sürücünün axtarışına başlayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Həmçinin, Rusiyanın Novorossiysk yaxınlığında ağır yol qəzası baş verib.

“INTERFAX” xəbər verir ki, “Hyundai” markalı sərnişin avtobusu qarşıdan gələn “Volkswagen Touareg” markalı avtomobillə toqquşub.

Qəza Novorossiysk-Kerch magistral yolunun on altıncı kilometrliyində (A-146), Verxnebakanski kəndi yaxınlığında qeydə alınıb.

 İlkin məlumata görə, avtobusun sürücüsünün idarəetməni itirməsi səbəbindən “Hyubdai” və minik avtomobili yoldan çıxaraq on metrlik dərinlikdə olan dərəyə düşüb.

Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyar Baş İdarəsinin yaydığı məlumatda bildirilib ki, minik avtomobilində olan qadın və iki uşaq dünyasını dəyişib.

1974-cü il təvəllüdlü sürücü xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Avtobusunda olan sərnişinlərdən isə 12-si uşaq olmaqla, 41 nəfəri xəstəxanaya yerləşdirilib.

Avtobusun “Hellas” sanatoriyasına aid olduğu bildirilib.

russsssssss
 Etikxeber.az

Read Previous

Zəlzələ baş verdi – LERİKDƏ – YENİLƏNİB

Read Next

“Krımın ilhaqını tanımırıq” – ƏRDOĞANDAN PUTİNİ QIZDIRACAQ SÖZLƏR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir