Rusiyanın Avropa Şurasında üzvlüyü dayandırıldı-BAYRAĞI ENDİRİLDİ – FOTO

26 illik üzvlükdən sonra bu gündən etibarən Rusiyanın Avropa Şurasında fəaliyyəti dayandırılır.

Etikxeber.az məlumat verir ki, bu barədə Avropa Şurasının Kommunikasiya Departamentinin yaydığı məlumatda bildirilib.

“Avropa Şurasının Nazirlər Komitəsi bu gün səhər keçirilən növbədənkənar iclasında Avropa Şurasının Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur kontekstində 26 illik üzvlükdən sonra Rusiya Federasiyasının bu gündən etibarən Avropa Şurasının üzvlüyünü dayandırması barədə qərar qəbul edib”– deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiya Avropa Şurasına 1996-cı il fevralın 28-də qoşulmuşdu. Rusiyanın beynəlxalq təşkilatda fəaliyyətinin dayandırılması onun Ukraynaya hərbi hücumu ilə bağlıdır.

Etikxeber.az

Read Previous

“Bizi düşünərkən 11 sentyabr ağlınıza gəlsin…”-ZELENSKİ ABŞ KONQRESİNDƏ ÇIXIŞ ETDİ, BAYDENİ SÜLH VƏ DÜNYA LİDERİ OLMAĞA SƏSLƏDİ, ÇIXIŞI AYAQ ÜSTƏ VƏ ALQIŞLARLA QARŞILANDI – YENİLƏNİB – (1)

Read Next

Daha 115 yeni yoluxma-DAHA 6 ÖLÜM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir