Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açıldı

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.
Etikxeber.az xəbər verir ki, artıq səhər saatlarında  xarici ölkələrin Azərbaycanda akrreditə olunmuş səfirləri və diplomatik korpus nümayəndələri, deputatlar, ölkə ictimaiyyətinin nümayəndələri səfirliyə gəliblər.
Səfirliyə gələn  şəxslər xatirə kitabına ürək sözlərini yazıblar və səfir Vladimir Daroxinə başsağlığı diləklərini çatdırıblar.
 Azərbaycan hökuməti adından isə Baş nazirin birinci müavini Yaqub Eyyubov  səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıb.
O, Rusiya səfirinə Andrey Karlovun ölümü ilə bağlı başsağlığı verib, Azərbaycan və Rusiyanın hər zaman birlikdə olduğunu və olacağını deyib. 
 
Qeyd edək ki, xatirə kitabı iki gün açıq olacaq.  Xatirə kitabıbu gün saat 10.00-dan 13.00-dək və sabah saat 10.00-dan 13.00-dək açıq olacaq. 
Etikxeber.az

Read Previous

Vüsal Kərimlidən “zor” və “rüşvət” ETİRAFI…

Read Next

Nəqliyyat Agentliyi Bakıda tıxacların aradan qaldırılması üçün yeni taksi duracaqları yaradır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir