“Rusiyanın Fransanın prezidenti kürsüsündə görmək istədiyi adam Fiyondur” – DEPUTAT

“Son zamanlar Qərbdə lider rolunda çıxış edən adamlar çirkli imicləri, savadsızlıq və səbatsızlıqlarıyla diqqət çəkirlər ki, onlardan biri də Fransanın prezidenti olmaq istəyən və bunun üçün də aprelin 23-də orada keçiriləcək seçkidə namizədliyini irəli sürən dur. Fiyon farsanlı hayların dərc etdirdikləri “Nouvelles d’Armenie” nəşrinə verdiyi intervüdə Dağlıq Qarabağı Stalinin Ermənistandan qoparıb Azərbaycana birləşdirdiyini deyir və ötən ilin aprelində baş verənlərdə də bizi suçlu çıxarır”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Sahib Alıyev deyib.

Deputat qeyd edib ki, onun Dağlıq Qarabağla bağlı açıqlaması təkcə hay kökənli fransızların səsini qazanmaq məqsədilə səsləndirilməyib. Fransua Fiyonun Krım məsələsinə yanaşması da Dağlq Qarabağa yanaşmasından elə də fərqlənmir.

“Əgər Kosovo Serbiyadan ayrıla bilərsə, Krım Ukraynadan niyə ayrılmasın”-bu, onun sözləridir. Və o, bazar günü keçiriləcək seçkidə Fransadakı haylardan daha çox Rusiyanın dəstəyinə bel bağlayır. Rusiya isə ilk baxışda ifrat sağçı Marin Le Penin namizədliyinə isti yanaşdığını sərgiləyərək seçkiqabağı onu Kremlə dəvət etsə də, əslində Fransanın prezidenti kürsüsündə görmək istədiyi adam Fransua Fiyondur. 

Ancaq Qərbdəki bəlli çevrələr də hansı oyunun getdiyindən xəbərsiz deyillər və Amerikadakı seçkilərdən sonra bəzi dərslər də çıxarılıb. Ona görə də Fiyonun prezident seçilmək ehtimalı elə də yüksək deyil. Onun bu seçkidən qazancı xanımıyla bağlı yayılan xəbərlərdən də göründüyü kimi ancaq korrupsiyaya qurşanmış siyasətçi imici olacaq, vəssalam”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Deputatın həmkarının əvəzinə səs verməsi qadağan olunur…

Read Next

İslamiada zamanı 200-dən çox avtobus fasiləsiz xidmət göstərəcək- BNA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir