Rusiyanın Qarabağ münaqişəsinin həllində fəal rol oynaya biləcəyinə inanırıq – ƏRDOĞAN

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər gərgin olduğunu, Azərbaycan ilə Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir.

Etikxeber.az bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.

R.T.Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasının zəruriliyini vurğulayıb. “ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində fəal rol oynaya biləcəyinə inanırıq” – deyə, Türkiyə Prezidenti vurğulayıb.

Etikxeber.az

Read Previous

Azərbaycanlı pianoçu Londonda konsert verdi – FOTO

Read Next

DTX müqavimət göstərən silah qaçaqmalçılarını məhv etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir