Rusiyapərsət namizəd öndədir: Noyabrın 13-də ikinci tur keçiriləcək

 
Moldovanın Mərkəzi Seçki Komissiyası (MSK)  oktyabrın 30-da bu ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Etikxeber.az “Sputnik-Moldova”-ya istinadən xəbər verir ki, Moldova MSK-nın məlumatına görə, seçiklərin ilkin nəticələrinə əsasən Sosialist Patriyasının  rəhbəri İqor Dodon  liderlik edir.
Buna baxmayaraq, İ.Dodon birinci turda  qalib gəlmək üçün lazımi səsi toplaya bilməyib və  noyabrın 13-də Moldovada ikinci tur  seçkilər keçiriləcək.
MSK-nın elan etdiyi nəticələrə əsasən İqor Dodon  sesçilərin səsinin 48,26 faizini toplayıb. Onun əsas rəqibi Qərbpərəst Həmrəylik və Hərəkat Partiyasının lideri Mayya Sandudur ki, o,  səsələrin 38,42 fazini toplamaqla ikinci yerədədir.
Seçkilərdə iştirak edən digər namizədlər –  “Bizim partiya”-nın namizədi, jurnalist  Dmitriy Çubaşenko səslərin 6 faiznini, Avropa Xalq Partiyasının lideri, sabiq baş nazir Yuriy Lyanke isə sesçicilərin 3,12 faiz səsəini toplaya bilib.
Qalan namizədlər isə sesçicilərin cəmi iki faiz səsini toplaya bilib.
Qeyd edək ki, seçkilərin əsas favoriti hesab edilən İqor  Dodon Moldova ilə Rusiya arasında münasibətlərin inteqrasiyasının tərəfdarıdır.
mayya-ve-dodon
Etikxeber.az

Read Previous

Düşmən sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub

Read Next

Sərhədləri Ərdoğana əmanət edək,Suriya və İraqda istədiyini etsin – Jirinovski

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir