“Rusiyayla münasibətim yoxdur – heç bir sövdələşmə, heç bir kredit, heç nə!” – TRAMP

ABŞ-ın yeni  seçilmiş prezidenti Donald Tramp Rusiya kəşfiyyatının əlində onun barəsində kompromatlar olduğu barədə yayılan xəbərlərə münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, D. Tramp bəyan edib ki, Rusiya heç vaxt ona təzyiq göstərməyə çalışmayıb. O, özünün “Twitter” səhifəsində iri hərflərlə bunları yazıb: “Mənim Rusiya ilə ən kiçik münasibətim belə yoxdur – heç bir sövdələşmə, heç bir kredit, heç nə!”

D. Tramp bundan əvvəlki “tvit”ində isə seçkidə təmiz qələbə qazandığını və opponentlərin yalan xəbərlərlə onun qələbəsinə kölgə salmağa çalışdıqlarını deyib.

Etikxeber.az

Read Previous

Çovdarovla zərərçəkən arasında mübahisə düşdü

Read Next

SS-520 miniraketinin kosmosa buraxılışı təxirə salındı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir