“Ruslar Ukraynanın yol şəbəkəsinin törətdiyi çətinliklərlə əlaqədar hərəkətsiz qalıb və manevr etməklə bağlı istəksizlik nümayiş etdirir”-BRİTANİYA KƏŞFİYYATI

Rusiya qüvvələri Ukrayna ərazisinin yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün mübarizə aparır.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Rusiya qüvvələri Ukraynanın yol şəbəkəsinin törətdiyi çətinliklərlə əlaqədar hərəkətsiz qalıb və qüvvələr manevr etməklə bağlı istəksizlik nümayiş etdirir.

Eyni zamanda, bildirilib ki, Ukrayna qüvvələri tərəfindən körpülərin dağıdılması da Rusiyanın irəliləyişinin dayandırılmasında mühüm rol oynayıb.

“Rusiyanın havaya nəzarəti ələ keçirmək istiqamətində davam edən uğursuzluğu onların hava manevrindən səmərəli istifadə etmək qabiliyyətini və seçimlərini daha da məhdudlaşdırıb. Ukrayna Silahlı Qüvvələrinin taktikası Rusiyanın manevr edə bilməməyindən məharətlə istifadə edərək, Rusiyanın irəliləməsini qarşısını alır və işğalçı qüvvələr ağır itkilər verir”-deyə, məlumatda daha sonra qeyd edilib.

Etikxeber.az

Read Previous

Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Emil Məmmədov-HƏBS OLUNDU

Read Next

“Əhali sayı 50 min nəfərdən az olan kiçik rayonların birləşdirilməsi vacibdir…”-ZAHİD ORUCDAN ÇOX ÖNƏMLİ TƏKLİFLƏR – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir