“Ruslar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da…”-UKRAYNA RƏSMİSİ – BÖYÜK BRİTANİYA RUSİYAYA QARŞI SANKSİYALAR TƏTBİQ ETDİ, BAYDEN DƏ SANKSİYALARI AÇIQLADI – YENİLƏNİB – (5)

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova feysbuk səhifəsində məlumat verib.

“Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov götürülüb. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyinə təhdidir”– deyə, Şevtsova bildirib.

Ukrayna Prezidenti ofisinin rəhbərinin müavini Mixail Podolyak məlumatı təsdiqləyib.

“Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb”- deyə, o, bildirib.

Onun sözlərinə görə, hazırda stansiya təhlükədədir və təxribat riski var.

“Ağır döyüşdən sonra Çernobıl ərazisinə nəzarətimiz itdi. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti, saxlama və nüvə tullantılarının saxlanılması barədə məlumatsızıq. Hücumundan sonra Çernobıl AES-nin təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün ən ciddi təhlükələrdən biridir. Ruslar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da ondan istifadə edəcəklər” – deyə, M. Podolyak əlavə edib.

***

“Ukrayna Ordusu Donbasda əla döyüşür. Onların hücumlarını dayandırmışıq”.

Bu barədə isə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Donbasda Silahlı Qüvvələrimiz əla döyüşür. Xarkovda vəziyyət çox çətindir. Şəhəri qoruyacaq qüvvələr çalışır. Onlar etibarlıdır”– deyə, Zelenski bildirib.

Zelenski ən ağır vəziyyətin ölkənin cənubunda yarandığını qeyd edib.

Ukrayna dövlət başçısı Rusiya Ordusunun Melitopol şəhərinə girməyə çalışdığını deyib.

22:00

***

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya qarşı tətbiq olunacaq sərt iqtisadi sanksiyalar paketini açıqlayıb.

BBC-nin xəbərinə görə, İcmalar Palatasında çıxış edən Baş nazir bütün böyük Rusiya banklarının aktivlərinin dondurulacağını və Böyük Britaniyanın maliyyə sistemindən kənarlaşdırılacağını bildirib.

Conson deyib ki, Rusiyanın “Aeroflot” aviaşirkətinə də Böyük Britaniya eniş qadağan ediləcək.

22:00

***

Ukraynanın Qostomel hava limanı Rusiya Ordusu tərəfindən ələ keçirilib.

Bu barədə də Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Qeyd edilir ki, günortadan sonra hava limanına rus desantları enib və ağır döyüşlər başlayıb.

Bundan əvvəl Rusiya Federasiyasının 20 KA-52 və Mi-8 helikopterinin Qostomel aerodromuna desant endirib.

22:35

***

Rusiya aviaşirkətlərinin Böyük Britaniyanın hava məkanına girişi qadağan edilib.

Bu barədə nəqliyyat naziri Qrant Şapps bildirib.

“Rusiyaya məxsus hava yollarının Böyük Britaniya hava məkanına daxil olmasını və Britaniya ərazisinə enməsini qadağan edən məhdudiyyətləri imzaladım”– deyə, nazir bildirib.

22:35

***

ABŞ Prezidenti Co Bayden Rusiyaya tətbiq ediləcək yeni güclü sanksiyaları və məhdudiyyətləri açıqlayıb.

Bildirib ki, tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına dərhal və uzunmüddətli zərbə vuracaq.

Əlavə edib ki, yeni saknsiyalar nəticəsində Rusiyanın dollar, avro, funt sterlinq və yen ilə biznes imkanları limitlənəcək, ordusunu maliyələşdirmək və böyütmək imkanları dayandırılacaq.

Bayden deyib ki, sanksiyalar Rusiyanın yüksək texnologiyalı 21-ci əsr iqtisadiyyatında rəqabət qabiliyyətini zəiflədəcək.

Bayden bildirib ki, ABŞ Rusiyanın 4 əsas bankının fəaliyyətini bloklayır.

“Biz məqsədyönlü şəkildə bu sanksiyaları tərtib etmişik ki, Rusiya üzərində uzunmüddətli təsirlər maksimum, ABŞ və müttəfiqlər üzərində isə minimum olsun” -deyən Bayden sanksiya tətbiq etdiyi Rusiya banklarının ümumilikdə 1 trilyon dollar aktivə malik olduğu bildirilib.

O, bununla belə, Rusiyanın “Swift” sistemindən çıxarılması məsələsinə hələlik baxılmadığını söyləyib.

Bayden qeyd edib ki, sanksiyaları yalnız ABŞ deyil, Avropa İttifaqının 27 ölkəsi və G7 ölkələri tətbiq edəcək.

23:47, 24 fevral

***

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

Bu barədə isə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Putin və Makron Ukrayna ətrafındakı vəziyyətlə bağlı ciddi və açıq fikir mübadiləsi aparıblar”– deyə, Kremlin məlumatında bildirilib.

Qeyd edilib ki, Putin Makrona xüsusi hərbi əməliyyat keçirmək qərarının səbəbləri və şərtləri ilə bağlı hərtərəfli izah verib.

Etikxeber.az

Read Previous

Konfrans Liqası: “Qarabağ”-“Marsel” – 0:2 – “QARABAĞ” AVROKUBOKLARLA VİDALAŞDI – YENİLƏNİB – (4)

Read Next

30 il…Nələri etmişik və nələri etməliyik? -MUSA URUD YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir