Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov birinci Fəxri xiyabanda dəfn edilib.
Etikxeber.az-ın xəbərinə görə, dəfn mərasimində Xalq yazıçısının ailə üzvləri, Mədəniyyət naziri Anar Kərimov, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.
Etikxeber.az