Rüstəm Behrudidən AYB-yə: “Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər?”

Mən az qala 30 ilə yaxındir ki,əvvəllər SSRİ Yazıçılar İttifaqının,sonradan Azərbaycan Yazıçılar birliyinin üzvü oldum.Və bir Tanrı şahiddir ki, o təşkilatdan heç bir umaçağım olmadı“.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış şair Rüstəm Behrudi dilə gətirib.

Onun qeyd etdiyinə görə, ancaq indi baxıb görür ki, bu uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan Yazıçılar Birliyinin ədəbi orqanları bircə dəfə də olsun, doğum günlərində adını çəkməyib.

Niyə? Görəsən şerləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır? Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər? Yazıçılar Birliyinin üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm“-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Əliyev: “Əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, dostluq şəraitində yaşayır” – YENİLƏNİB

Read Next

Bakı Olimpiadası başa çatdı- ABŞ və Çin şahmatçıları qalib oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir