“Rzayeva Gülünün yaşayış yerinin yataqxana olduğu nəzərə alınaraq onun mənzillə təmin olunmasına köməklik edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhər İcra Hakimiyyəti tərəfindən məktub ünvanlanıb”-SEYMUR HİDAYƏTOV

Mingəçevir şəhər İcra Hakimiyyətindən Etikxeber.az-da getmiş “19 yaşında həyat yoldaşını itirmiş, qayınanası tərəfindən tərk edilmiş, 11 aylıq körpəsi ilə taleyin amansız ümidinə buraxılmış-ŞƏHİD XANIMINA, ŞƏHİD AİLƏSİNƏ SAHİB ÇIXAN, KÖMƏK ƏLİ UZADAN OLACAQMI?” yazısına, orada yer alan tənqidi məqamlara rəsmi cavab verilib.

Etikxeber.az sayta göndərilmiş həmin cavabı heç bir əlavə şərh vermədən, əl dəymədən olduğu kimi, təqdim edir:

“Sizin İnformasiya portalında  dərc olunan “19 yaşında həyat yoldaşını itirmiş, qayınanası tərəfindən tərk edilmiş, 11 aylıq körpəsi ilə taleyin amansız ümidinə buraxılmış – Şəhid xanımına, şəhid ailəsinə sahib çıxan, kömək əli uzadan olacaqmı?” adlı yazıda göstərilən: – “Mingəçevir rəhbərliyi, İcra Hakimiyyəti şəhid körpəsinə çox biganə, çox laqeyd yanaşır”, “Mingəçevir şəhər İcra Hakimiyyəti şəhid ailəsinə heç bir yardım və köməklik göstərmir… sanki belə bir şəhid ailəsi yox imiş kimi davranılır” kimi qeyri-obyektiv məqamlara Kütləvi İnformasiya  Vasitələri haqqında Qanuna uyğun olaraq qarşı tərəfin mövqeyini bildirmək  istəyirik.

Şəhid Rzayev Əli Nəsib oğlunun həyat yoldaşı Rzayeva Gülü Sərdar qızının yazıda qeyd etdiyi faktlarla əlaqədar bildiririk ki,  Rzayeva Gülünün həyat yoldaşı şəhid olandan sonra şəhər İcra Hakimiyyəti tərəfindən  şəhidin anasına 1000 (min) manat, ötən ilin dekabr ayında 31 dekabr Həmrəylik Günü ilə əlaqədar həyat yoldaşına 200 (iki yüz) manat vəsait ayrılmış, “Kapital bank”ın Mingəçevir filialı vasitəsi ilə ödənilmişdir.  Ötən ilin sonlarında 2 dəfə, cari ilin Novruz və Ramazan bayramları ilə əlaqədar  şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ailəyə ərzaq yardımı edilmişdir. Bəzi şirkətlərə isə uşağı olan şəhid ailəsi kimi  ailənin adı verilib və müvafiq olaraq ərzaq köməkliyi edilib. Uşağının xəstə olması ilə əlaqədar şəhər Mərkəzi Xəstəxanasına məktub verilib və uşaq xəstəxananın pediatria  şöbəsində stasionar müalicə alıb.

Rzayeva Gülünün yaşayış yerinin yataqxana olduğu nəzərə alınaraq onun mənzillə təmin olunmasına köməklik edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhər İcra Hakimiyyəti tərəfindən məktub ünvanlanmışdır. Eyni zamanda şəhər İcra Hakimiyyəti başçısının 17.03.2021-ci il tarixli 35 saylı Sərəncamı ilə Rzayeva Gülü Sərdar qızı mənzil növbəliyinə götürülmüşdür. Qeyd edirik ki, şəhid ailələrinin mənzillə təminatı qanunvericiliyə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Bildiririk ki, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərilir, şöbə tərəfindən mərhələli şəkildə şəhid ailələri ilə görüşlər keçirilir, onların problemləri aydınlaşdırılır və müvafiq köməkliklər göstərilir. Eyni zamanda Rzayeva Gülünün də  ailə vəziyyəti şəhər İcra Hakimiyyətinin diqqətindədir, mütəmadi olaraq  müraciətlərinə  uyğun müvafiq köməkliklər göstərilir.

Xahiş edirəm, Kütləvi İnformasiya  Vasitələri haqqında Qanuna müvafiq olaraq məktubu saytınızda dərc edəsiniz.

 Hörmətlə,  Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük  məsləhətçisi, Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Seymur Hidayətov”.       

https://etikxeber.az/19-yasinda-h%c9%99yat-yoldasini-itirmis-qayinanasi-t%c9%99r%c9%99find%c9%99n-t%c9%99rk-edilmis-11-ayliq-korp%c9%99si-il%c9%99-taleyin-amansiz-umidin%c9%99-buraxilmis-s%c9%99hid-xanimina-s%c9%99hid/

Etikxeber.az

Read Previous

Daha 38 yeni yoluxma-SON SUTKADA DA ÖLÜM OLMAYIB

Read Next

“İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bir daha müdrikliklərini nümayiş etdirdilər, birlikdə növbəti Zəfər yazdılar”-ELDAR İBRAHİMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir