Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.
Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Eyni zamanda, Prezidentin digər sərəncamları ilə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.
***
Dövlət başçısının başqa bir Sərəncamı ilə Murad Fərid oğlu Hüseynov mədəniyyət nazirinin müavini təyin edilib.
Etikxeber.az