Səbəbkar və səbəbkarlar…Gözəl bir gün, gözəl bir məclis…Var olun, Səbinə xanım!-KAMİL HƏMZƏOĞLU YAZDI – FOTOLAR

Bu gün-18 fevral 2025-ci il tarixində yenə Şəhidsevərlər, Vətənsevərlər bir araya cəm olmuşdu (təbii ki, hamısı yox)…

Bu gün Şəhidsevər, Vətənsevər, Şəhid tədbirlərinin gözəl aparıcısı – telejurnalist, Ucarlı Səbinə xanımın, Səbinə Mehdiyevanın ocağına yığışmışdıq…

Bu gün Səbinə xanımın gözəl, şad günü idi…

Arxa-dayağı, gözünün ağı-qarası, göz bəbəyi, minbir çətinliklərlə böyütdüyü və hazırda qardaş Türkiyəmizdəki universitetlərindən birinin üçüncü kurs tələbəsi olan tək övladı Familin doğum günüydü…

Əslində…Familin doğum günü 6 fevral tarixidir…

Səbinə xanım isə məhz bu günü məxsusi olaraq seçmişdi, övladının Türkiyədən Ucara-qış tətilinə qayıtmasını gözləyirdi…

Həm də Səbinə xanımın başına cəm olanlardan, ocağına yığışanlardan bir neçəsinin-kiçik qardaşının, Bərdəli Şəhid qohumu Mehdi bəyin, bəndənizin və daha bir neçə şəxsin doğum günüydü…

Əslində onların (elə mənim də) da doğum günlərindən bir neçə gün keçmişdi…

Amma…qonaqpərvər, genişürəkli Səbinə xanım 18 fevral tarixində onları (elə məni də) da unutmamışdı…

Övladı ilə bərabər onlara da doğum günü məclisi-partisi təşkil etmişdi…

Məclidə Əfsanəvi Oğulların- “Azərbaycan Bayrağı” ordenli Devran Nayıbovun anası Xuraman xanımVətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Arif Vəliyev, eləcə də qardaşı itkin Şəhidlərimizdən olan Şəhid bacısı da iştirak edirdi…

Onların məclisdə iştirakı bir ayrı şərəf, bir ayrı gözəllik idi…

Gözəl məclisdə, gözəl, halal süfrə arxasında gözəl, səmimi təbriklər, dualar səsləndi, Famil başda olmaqla, doğum günü olan hər kəsə xoşbəxtlik, səadət…arzulandı…

sonda da doğum günü tort kəsildi…

Gözəl bir gün, gözəl bir məclis yaşandı…

Səbəbkar və səbəbkarlar var olsun!

Milyon kərə Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva yenidən Ağdamda VƏ BİR SIRA AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

1988-2024-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 18 850 nəfər qəsdən öldürülüb-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir