Səbailin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Həsənovun Xatirə lövhəsinin-AÇILIŞI OLDU – FOTO-VİDEO – YENİLƏNİB

Bu gün səhər saatlarında Badamdar qəsəbəsində Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Ariz oğlu Həsənovun Xatirə lövhəsinin açılışı olub.

Etikxeber.az xəbər verir ki, açılış mərasimində Şəhidin anası və tək qardaşı, Səbaildən olan Şəhid anaları, məktəblilər, Səbail rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının üzvləri və digər şəsxlər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni oxunub.

Həmçinin, çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək, Vüsal Həsənov da daxil olmaqla, Şəhidlərimizin Qəhrəmanlığından, Qələbə və Zəfər tarixi yazmasından bəhs edib.

Səbaili parlamentdə təmsil edən millət vəkili Nigar Arparadari də çıxış edərək, Şəhidlərlə Fəxr edildiyini, Qürur duyulduğunu syləyib.

Sonra Xatirə lövhəsinin açılışı edilib.

Bir saat davam edən açılış mərasimindən sonra çay süfrəsi arxasında Səbailli Şəhid ailələri ilə söhbət edilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 23 yaşında Şəhid olan Vüsal Həsənov evin-ailənin iki övladından biri olub.

Şəhidliyindən bir neçə il öncə isə atasını vaxtsız itirib.

Məkanı cənnətlik olsun, Nur içində yatsın!

11:30

***

FOTOLAR:

ŞƏHİD ATALARI…QƏHRƏMAN ATALAR…

ŞƏHİD ANALARI…QƏHRƏMAN, CƏNNƏT ANALAR…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistanın 1 il əvvəl Bərdəni kasetli bombalardan atəşə tutması nəticəsində 21 nəfər həlak oldu-70-DƏK İNSAN YARALANDI – NÖVBƏTİ ERMƏNİ VANDALİZMİ…

Read Next

“Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq”-ƏLİYEV ƏRDOĞANI TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir