Səbailli Şəhid analarından daha ikisinə-GÜLNAZ İBRAHİMOVA VƏ MƏRİFƏT HƏSƏNOVAYA “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU…- FOTOLAR – YENİLƏNİB

Bu gün, 13 sentyabr 2022-ci il tarixində daha iki Şəhid ailəsi, daha iki Şəhid anası ziyarət olunub.

Daha iki İkinci Vətən Müharibəsi Şəhidinin anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim edilib.

Qeyd edək ki, Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidləri-Cavidan Nizami oğlu İbrahimli və Vüsal Ariz oğlu Həsənovun ana(ları)sı “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin “Şəhid anası” medalı və vəsiqəsi ilə təltif olunublar.

Onu da qeyd edək ki, “Vətən Naminə” təşkilatının rəhbəri Tünzalə Abduləlimova Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək və subay oğlu Miqdad Faiq oğlu Abduləlimovun anasıdır.

Bu günə kimi “Vətən Naminə” təşkilatı tərəfindən yüzlərlə Şəhid anası adıçəkilən medal və vəsiqələrlə təltif olunublar.

Bu gün isə əslən Şəmkirli Cavidan İbrahimlinin anası Gülnaz xanıma (Gülnaz İbrahimova) və əslən Şabranlı Vüsal Həsənovun anası Mərifət xanıma (Mərifət Həsənova) “Şəhid anası” medalı və vəsiqəsi təqdim edilib.

Hər iki Şəhid anasına medal və vəsiqə jurnalist, adıçəkilən təşkilatın təmsilçisi Kamil Həmzəoğlu tərəfindən təqdim olunub.

Şəhid anaları da öz növbəsində “Vətən Naminə” təşkilatına və Tünzalə Abduləlimova belə bir nəcib addımına görə minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda, Dərd və Qürur ortaqları olan Tünzalə Abduəlimovaya Allahdan səbr və dözüm arzulayıblar.

Xatırladaq ki, Cavidan İbrahimli ailənin 3 oğlan övladından biri, Vüsal Həsənov isə ailənin 4 oğlan övladından biri olub.

Cavidan İbrahimlinin qırxı çıxmamış atası da dünyasını dəyişib.

Vüsal Həsənov isə Şəhidliyinə qədər atasını və iki qardaşını körpə yaşlarında itirib.

Nur içində yatsınlar!

18:00

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Millət vəkilinin əmisi nəvəsi Şəhid oldu-FƏRİD MÖHBALI DƏFN EDİLDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Ərdoğan Əliyevə zəng etdi-AZƏRBAYCAN XALQINA BAŞSAĞLIĞI VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir