Səbinə Əliyevanın hesabatı-PLENAR İCLASA TÖVSİYƏ OLUNDU – YENİLƏNİB

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin növbəti iclası (onlaynsız) öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasa komitənin sədri Zahid Oruc sədrlik edir.

İclasda adıçəkilən komitənin üzvləri ilə yanaşı, Ombudsman Aparatının əməkdaşları da iştirak edirlər.

İclasda yeni Ombudsman Səbinə Əliyevanın illik hesabat məruzəsi dinləniləcək.

Hesabat məruzəsi dinlənildikdən sonra onun ətrafında müzakirələr aparılacaq, irad və təkliflər bildiriləcək və sonda sənəd MM-in ayın 24-ə təyin olunan iclasının gündəliyinə tövsiyə olunacaq.

11:02

***

Komitədə keçirilən müzakirələr bir az öncə başa çatıb.

Hesabat məruzəsini S. Əliyeva özü yox, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanov məruzəni təqdim edib.

Qeyd edib ki, il ərzində insan hüquqları üzrə müvəkkilə 25 min 500 müraciət daxil olub ki, bu da ötən dövrlə müqayisədə 25 faiz çoxdur. Vətəndaşlar müraciətlərini elektron poçt, poçt xidməti və sosial şəbəkələr vasitəsilə ediblər. Bundan başqa Prezidentin tövsiyəsi əsasında vətəndaşların operativ müraciət etmələri üçün vahid xətt sistemi formalaşdırılır.

Həmçinin, bildirib ki, Müvəkkilin ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsi ilə bağlı təklifləri də ölkə rəhbərliyinin qəbul etdiyi normativ-hüquqi aktlarda nəzərə alınıb. Qadın hüquqlarının təmin edilməsi xüsusi diqqətdə saxlanıb, belə müraciətlərə operativ reaksiya verilib.

A. Səfixanlı diqqətə çatdırıb ki, məruzə dövründə uşaq hüquqlarının qorunması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin təmin olunması da əsas istiqamətlərdən olub.

Məruzə dinlənildikdən sonra komitə üzvləri Hikmət Məmmədov, Tahir Kərimli, Fazil Mustafa, Tural Gəncəliyev, Razi Nurullayev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Elşad Mirbəşiroğlu, vətəndaş cəmiyyətinin nümayəndələri Mehriban Zeynalova Əliməmməd Nuriyev çıxış edərək məruzə barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

Müzakirələrin yekununda hesabat qənaətbəxş sayılıb və MM-in ayın 24-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Spiker Sahibə Qafarova və müstəqil millət vəkillərinin iştirakı ilə-İLK DƏFƏ ONLAYN İCLAS KEÇİRİLDİ – BU GÜN

Read Next

KİV, dil haqqında və başqa bir neçə-QANUNA İKİNCİ OXUNUŞDA BAXILDI VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir