“Sədərək”də anbar 900 kvadratmetr sahədə yanıb” – FHN – FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı yekun məlumat yayıb.

FHN-dən Etikxeber.az-a bildiriblər ki, “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 kvadratmetr olan müxtəlif təyinatlı anbarın yanar hissələri və içərisindəki mallar 900 kvadratmetr sahədə yanıb.

Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Küləkli hava şəraiti ilə bağlı – XƏBƏRDARLIQ

Read Next

Uşaq meydançasının yaxınlığında kütləvi atışma zamanı 7 nəfər yaralandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir