“Şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət yerini tapacaq”-PREZİDENTİN KÖMƏKÇİSİ

Azərbaycan münaqişəyə məsuliyyətli dövlət idarəçiliyi sayəsində son qoymağı bacardı.

Etikxeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndi səfəri çərçivəsində Qarabağ Universitetində çıxışı zamanı deyib.

Bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidənqurma, transformasiya və bərpa tarixi mərhələsinə qədəm qoyur:

O, sonra “Azərbaycana qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir. Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət yerini tapacaq. Azərbaycan Cənubi Qafqaz bölgəsində beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”-deyə, qeyd edib.

Etikxeber.az

Read Previous

Sabah Cənnətdəki beşinci doğum günü, 30 yaşı tamam olan-ATASI VƏ BACISINI VAXTSIZ İTİRƏN GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏMƏD RZAYEV…

Read Next

20 dərəcə isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir