Səfir: “Azərbaycanda məzhəblər arasında heç bir ayrı-seçkilk yoxdur”

PAKAYIN
“Azərbaycanda məzhəblər arasında heç bir ayrı-seçkilk yoxdur”. 
Etikxeber.az xəbər verir ki, bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mübariz Qurbanlı ilə görüşdə deyib. Qeyd edək ki, bu barədə adıçəkilən komitənin mətbuat xidmətindən xəbər verilib. Görüşdə Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını deyən Möhsün Pakayin ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb.
Səfir qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi din siyasəti, dini konfessiyalara yüksək diqqət və qayğı göstərilməsi onda böyük təəssürat yaradıb.
M. Pakayin cari ilin 22-26 may tarixlərində Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına rəsmi səfərindən, xüsusən Təbriz şəhərində Azərbaycanın zəngin tolerantlıq ənənələrinin sərgiləndiyi “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərginin təşkil edilməsindən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyədə qurulmasından məmnunluğunu bildirib və bu əlaqələrin inkişafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb.
Etikxeber.az

Read Previous

Baş Prokurorluq Çovdarovla bağlı növbəti məlumat yaydı

Read Next

Əli Həsənov: “Vitse-prezidentlik idarəçiliyi iflic vəziyyətə düşmək təhlükəsindən sığortalayır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir