Səfir Kölndə PKK-ya dəstək aksiyasının keçirilməsinə görə Türkiyə XİN-ə çağırıldı

Almaniyanın Ankaradakı səfiri Köln şəhərində PKK-ya dəstək aksiyasının keçirilməsinə görə Türkiyə XİN-ə çağırılıb.

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN –in məlumatında bildirilir.

“Almaniya hakimiyyətinin sentyabrın 16-da Köln şəhərində PKK-ya dəstək aksiyasının keçirilməsinə və terrorçuluğun təbliğatına icazə verməsini qətiyyətlə pisləyirik.  Almaniya səfiri XİN-ə dəvət olunub, ona sərt reaksiya bildirilib. Almaniya hakimiyyəti festival adı altında təşkil olunan aksiya zamanı Almaniya qanunvericilinə zidd olan PKK simvolikası,  təşkilatın başçısı Abdulla Ocalanın portretlərinin  nümayiş etdirilməsinə göz yumublar. PKK başçılarından biri isə aksiyada çıxış edərək terroru tərifləyib”- deyə, məlumatda bildirilir.

Türkiyə XİN-in məlumatında vurğulanır ki ki, Almaniya tərəfi bu cür aksiyaların keçirilməsinə icazə verməyəcəyini vəd etdikdən sonra bu həmin ölkə ərazisində artıq ikinci analoji tədbirdir.

“Terrorla mübarizədə Almaniyanın nümayiş etdirdiyi bu cür ikili standartlar terrorla qlobal mübarizə fonunda böyük narahatlıq doğurur. Biz Almaniyanı onunla hərtərəfli mübarizə aparmaq prinsipinə əməl etməyə çağırırır” – deyə, sənəddə daha sonra  bildirir.

Etikxeber.az

Read Previous

“Qarabağ” – “Roma” oyununa 40 min bilet satıldı

Read Next

İdmançımız erməni cüdoçuya qalib gələrək Avropa çempionu oldu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir