Səfir nazirin vəfatından yazdı: “Azərbaycanın əsl dostlarından birini itirdik” – FOTOLAR – YENİLƏNİB

Litvanın səhiyyə naziri bu gün səhər saatlarında dünyasını dəyişib.

Etikxeber.az-ın məlumatına görə, bu haqda öz “Facebook” səhifəsində yazan Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə mərhum naziri Azərbaycanın dostu adlandırıb.

“Bu səhər Azərbaycanın əsl dostlarından birini itirdik. Səhiyyə naziri Yuras Pozela ən ağrılı məsələlərimizdə cəsarətlə Litva Seymində, kütləvi informasiya vasitələrində, müxtəlif tədbirlərdə çıxış edib bizim haqlı movqeyimizi müdafiə edirdi. Sən bizim qəlbimizdə yaşayacaqsan, dost!”- deyə, səfir sonra qeyd edib.

Qeyd edək ki, Y. Pozela həm də Litva Seymininin Azərbaycanla Dostluq Qrupunun rəhbəri kimi hər il Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Prezidenti və Milli Məclisin sədrinə müraciətlər ünvanlayır, başsağlığı məktubları göndərirmiş.

Hətta, Dostluq Qrupundakı 51 nəfəri Azərbaycan, Xocalı həqiqətlərinin olduğu kimi, yayılması, çatdırılması işinə səfərbər edirmiş.

Eyni zamanda, qeyd edək ki, mərhum nazir Vilnüs Universitetini bitirib. Litvanın Sosial-Demokrat Partiyasının sədr müavini olub. Ailəlidir, bir oğlu var.

Bu ilin avqust ayında səhhətində problem yaranıb və səhər saatlarında dünyasını dəyişib.

Allah rəhmət etsin!

yuras-2yuras

Etikxeber.az

Read Previous

“Bu, Türkiyənin təbii haqqıdır…” – POLİTOLOQ

Read Next

İmişli yenə “silkələndi” – 4,5 bal gücündə zəlzələ baş verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir