Səfirin qətli Rusiya-Türkiyə münasibətlərinin inkişafına mane olmayacaq – PUTİN

Rusiya səfirinin Ankarada qətlə yetirilməsi Rusiya-Türkiyə münasibətlərinin inkişafına mane olmayacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən böyük mətbuat konfransında bildirib.

V.Putin vurğulayıb ki, baş verən faciə Rusiyaya, həmçinin Rusiya-Türkiyə münasibətlərinə qarşı sui-qəsddir.

O, deyib: “Etiraf etməliyəm ki, təyyarəmizin rəhbərliyin əmri olmadan vurulmasına şübhə ilə yanaşırdım. Lakin səfirin xüsusi təyinatlı tərəfindən qətlə yetirilməsindən sonra rəyimi dəyişdim, hər şey mümkündür. Mənim kimisə təqsirləndirmək hüququm yoxdur. Ancaq bu, iki ölkə arasında münasibətlərin inkişafına mane olmayacaq. Biz münasibətlərin normallaşmasından sonra kompromisə gələ bilmişik”.

Rusiya Prezidenti qeyd edib ki, Hələbdə vəziyyətin nizama salınmasında Türkiyə, İran və Rusiya prezidentlərinin rolu böyükdür. Vladimir Putinin fikrincə, üçtərəfli formatda əməkdaşlıq vəziyyətin həll olunmasında mühüm rol oynayıb. “Əlbəttə, ABŞ kimi oyunçunun iştirakı olmadan məsələni həll etmək mümkün deyildi. Suriyanın bütün ərazisində atəşkəsə nail olmaq, sonra siyasi barışıq haqqında razılığa gəlmək lazımdır. Biz danışıqlar aparmaq üçün Astananı təklif etmişik. Prezident N.Nazarbayev lütfkarlıqla buna razılıq verib” – deyə, V.Putin əlavə edib.

Etikxeber.az

Read Previous

Ziya Məmmədov birinci oldu- Uşaqlar arasında

Read Next

Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən bölmələrdə olub – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir