“Bu, vəhşilikdir…”-HİKMƏT HACIYEV – YENİLƏNİB – (1)

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgəsinə yola düşüblər. 

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb:

“Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda akkreditə olunmuş səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgələrini ziyarət etmək üçün yola çıxmışıq”. 

10:37

***

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cocuq Mərcanlıdadırlar.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər barədə ümumi məlumat verib, həmçinin Cocuq Mərcanlının qayıdış rəmzi olduğunu bildirib.

11:40

***

“Azərbaycan Prezidenti tərəfindən tapşırıq verilmişdi ki, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin, xarici jurnalistlərin səfərləri təşkil olunsun. Beləliklə, onlar öz gözləri ilə işğaldan azad olunan ərazilərimizdə törədilmiş bu vəhşilikləri görsünlər”.

Bunu H. Hacıyev diplomatik korpus nümayəndələrinin Xudafərin körpüsünə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan əvvəl Füzuli və Ağdam şəhərlərinə bu qəbildən səfərlər təşkil olunub.

H. Hacıyev deyib ki, Ermənistan illər ərzində özünü sivil xalq adlandırıb, lakin bu dağıntılar onların əsl mahiyyətini göstərir:

“Bu, vəhşilikdir”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan bu günə qədər ilk dəfədir ki, İran-Azərbaycan sərhədinə tam nəzarəti həyata keçirir:

“Prezident İlham Əliyev tərəfindən İran-Azərbaycan sərhədi “dostluq sərhədi” adlandırılıb. Bu sərhədin tam nəzarətə götürülməsi qonşu ölkələr olan İran və Azərbaycan əlaqələrinə də öz töhfəsini verəcək. 

İranla Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. İşğaldan azad edilən ərazilərin yenidən qurulması çərçivəsində İranla da kommunikasiya xətlərinin bərpası məsələsinə baxılacaq”.

Etikxeber.az

Read Previous

Vaqif Mustafayevi “Space”-də RƏŞİD BEHBUDOVUN KÜRƏKƏNİ KAMİL ŞAHVERDİYEV ƏVƏZLƏDİ – YENİLƏNİB

Read Next

Daha 115 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir